18.10.2018
18 oktyabr 2018-ci il tarixdə saat 11:00-da Ucar Heydər Əliyev Mərkəzində 1918-ci il Bakının düşmən işğalından azad edilməsinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilmiş “Qələbəyə gedən yol- Müsüslü döyüşləri” sənədli filminin təqdimatı keçirildi.
Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və hümanitar məsələlər üzrə müavini Şəhla Abdullayeva giriş sözü ilə çıxış edərək tədbirin məram və məqsədini açıqladı. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.15 dəqiqəlik videoçarxın nümayişindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Şurasının icraçı- direktoru Fərasət Qurbanov çıxış edərək Şuranın yarandığı 10 il ərzindəki (2008-2018-ci illər)fəaliyyətindən danışdı.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov ”Qələbiyə gedən yol- Müsüslü döyüşləri” sənədli filmi haqqında danışdı və filmin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdi.bunun ardınca 1918-ci il Bakının düşmən işğalından azad edilməsinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilmiş ideya müıllıfi Sahib Məmmədov,ssenari müəllifi və rejissoro Elşən Qəni olan “Qələbəyə gedən yol- Müsüslü döyüşləri” sənədli filmi nümayiş edildi.