Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 ilin uğurları

15.10.2018

15 oktyabr 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında cənab İlham Əliyevin  Azərbaycan Respublikasının Prezidenti seçilməsinin  15 illiyi ilə əlaqədar     “15 İLİN UĞURLARI” adlı dəyirmi masa keçirildi.

Tədbiri Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti postundakı fəaliyyətinin 15 illiyi haqqında bəzi reallıqları belə ifadə etdi: Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Zərdab rayon MKS-nin direktor müavini Gülüstan Rəhimova , Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Nisə Əliyeva, Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gülnaz Məmmədova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova və İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova çıxışlarında bildirdilər ki, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Sonda Mərkəzi Kitabxanada İlham Əliyevin kitablarından ,İlham Əliyev haqqında yazəlan jurnallardan və qəzet materiallarında ibarət təşkil olunmuş sərgiyə baxış oldu.