12.10.2018
11 oktyabr 2018-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsində Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri, İdarə aparatının məsul işçiləri, Ağdaş,Göyçay,Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir. İclasda mədəniyyət müəssisələrində olan xidmət və dərnəklərin fəaliyyəti müzakirə edilmişdir.
İclası İdarənin rəisi Tahir Əliyev giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri hər kəsin diqqətinə çatdırmış, görülmüş və nəzərdə tutulmuş işlər barədə geniş məruzə ilə çıxış etmişdir. Həmçinin, Tahir Əliyev çıxışında Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini-Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov və Regional Siyasət şöbəsinin müdiri Pərviz İsgəndərlinin 1 oktyabr 2018-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsində keçirdikləri monitorinq zamanı göstərilən iradlar və tövsiyyələrin icrası barədə məlumat vermişdir.
Eyni zamanda T.Əliyev qarşıda duran vəzifələrdən, nəzərdə tutulan layihələrdən mədəniyyət müəssisələrində olan ödənişli və ödənişsiz xidmətlərdən və onların fəaliyyət istiqamətlərindən danışaraq qeyd etmişdir ki, mədəniyyət müəssisələrində Xalq yaradıcılığı və özfəaliyyət işinin yaxşılaşdırılması, bədii özfəaliyyət işinin gücləndirilməsi və müəssisələrdə fəaliyyət göstərən dərnək və xidmətlərin populyarlaşdırılması, onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədilə günün tələblərinə uyğun olaraq əməli işlər həyata keçirilməlidir. Bu məqsədlə müəssisələrdə dərnək və xidmətlərin sayı artırılmalı, rayonlarda onların təbliğatı aparılmalıdır. Tahir Əliyev əlavə olaraq bildirmişdir ki, Heydər Əliyev Mərkəzlərində, uşaq musiqi və incəsənət məktəblərində,Mədəniyyət Mərkəzlərində, Muzeylərdə, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində,kənd klub və kitabxana müəssisələrində ödənişli əsaslarla xarici dil və kompüter kursları, musiqi, xanəndəlik, rəssamlıq,toxuculuq, xalçaçılıq və digər sənətkarlıq dərnəkləri, asudə vaxt mərkəzləri açılaraq vətəndaşların istifadəsinə verilməlidir.
Şuranın katibi,Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev bu məsələ ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədar çıxış edərək müəssisə rəhbərləri tərəfindən qısa müddət ərzində təkliflərin hazırlanaraq İdarə rəhbərliyinə təqdim olunmasını tövsiyyə etmişdir.
Daha sonra İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri bu məqsədlə gördükləri işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Sonda cıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev idarənin tabeliyində olan mədəniyyət müəsisəsələrinin rəhbərlərinə müəyyən tapşırıq və tövsiyyələrini vermişdir.