Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ey hörmətli müəllim,hər könüldə yerin var!

08.10.2018

05.10.2018-ci il tarixində Ağdaş rayon Ərəb kənd diyarşünaslıq klubunda “Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan klubun müdiri Xuraman Əhmədova bayram münasibətilə bütün müəllimləri təbrik etmiş,bu müqəddəs peşələrində onlara uğurlar arzulamışdır.Rayon İcra Hakimiyyəti aparatının Ərəb kəndi üzrə nümayəndəsi Pərviz Musayev və digərləri tədbiri təşkil etdiyi üçün klubun kollektivinə öz təşəkkürlərini bildirmiş və tədbirdə iştirak edən kənd məktəbinin müəllimlərini bayram münasibətilə təbrik etmişdir.Sonda kənd məktəblilərin ifasında müəllimlərə həsr olunmuş şerlər söylənmiş,ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.