Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-də yazıçı-publisist, detektiv əsərlər müəllifi Əlisəfa Azayevlə görüş keçirilmişdir.

05.10.2018

04.10.2018-ci il tarixində Ağdaş rayon Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist, detektiv əsərlər müəllifi Əlisəfa Azayevlə MKS-in oxucuları və kitabxanaçılarla görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev yazıçı Əlisəfa Azayevin həyat və yaradıcılıq yolu haqqında oxuculara ətraflı məlumat verərək yazıçının kitablarınının oxucular tərəfindən sevildiyini, onun detektiv janrda yazdığı əsərlərinin Azərbaycan oxucularının böyük rəğbətini qazanmasından, kitablarının təkrar nəşrlə 100000-dən artıq tirajla çap olunmasından, bu il fevral ayında kitabxanaya gəlişindən və müəllifin son vaxtlarda yazmış olduğu əsərlərindən bir neçəsini kitabxanaya hədiyyə  etdiyindən danışdı. 

        Tədbir iştirakçılarından olan Tahilə Məmmədova yazıçının “Əsgər anası”,”Xəyanət “, “Qatarda hadisə” və İstintaq sirri” əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söylədi.  O qeyd etdi ki. Yazıçı öz əsərlərində müasir həyatımızda baş verən eybəcərlikləri. Gənclərin mənəviyyatına əks təsir edən mənfilikləri tənqid edir, onları düz yola dəvət edir.

      Daha sonra yazıçı-publisist Əlisəfa Azayevə söz verildi. O, özünün həyat yolumdan və gələcək yaradıcılıq planlarından danışdı.Tədbir boyu müəllifə əsərləri ilə əlaqədar suallar ünvanlandırıldı. Müəllif sualları cavablandırmaqla bərabər öz xatirələrini oxucularla bölüşdü. Yazıçı yaradıcılığı barədə hələ tələbə ikən yazdığı kiçik hekayələrdən, Əlfi Qasımov və Qulu Xəlilov kimi yazıçıların onun yaradıcılığına xüsusi qiymət verməsindən, uzun müddət ədliyyə  orqanlarında çalışmasından və onun bu işinin dedektiv janra müraciət etməsinə səbəb olmasını xüsusilə vurğuladı.

      MKS-in direktoru Seyfəddin Feyzullayev müəllifə təşəkkür edərək onun məhz bu günkü “Ədalət” qəzetində “Sevindirən Ədliyyə” adlı məqaləsindən bəhs etdi və yazıçıya yaradıcılığında yeni – yeni nailiyyətlər və  uğurlar arzuladı.

      Tədbirin sonunda yazçının əsərlərindən ibarət sərgiyə baxış keçirldi.