Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon MKS-də Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü qeyd olunmuşdur.

27.09.2018

Məlum olduğu kimi sentyabrın 18-dən 26-dək ölkəmizin hər yerində  dahi bəstəkar, Azərbaycan  peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilir.  Bu münasibətlə 25 sentyabr 2018-cı il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında “Üzeyir musiqisinin dühası” adlı musiqili tədbir  keçirildi.  Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açdı. O bildirdi ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəylinin bəstəkar, alim, yazıçı, publisist, ictimai- siyasi xadim kimi çoxşaxəli fəaliyyəti olmuşdur. O,  həm də Şərqdə ilk operanın banisi kimi  məşhurdur. Artıq 10 ildir ölkəmizdə dunya  musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacəbəylinin doğum günündən sonrakı həftə ərzində  Beynəlxalq Musiqi Festivalı keçirilir.   

      Daha sonra  Azərbaycan musiqisi haqqında video-çarx nümayiş etdirildi. Üzeyir Hacıbəylinin dahi azərbaycan şairi Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” və “ Sevgili canan” romansları Azərbaycanın korifey sənətkarları Bülbülün və M. Maqomayevin ifasında dinlənildi. Hər iki romans tədbir iştirakçılarında xoş duyğular oyatdı.

     Tədbir  18-26 sentyabr X Beynəlxalq Musiqi Festivalı-rubrikalı  “18 Sentyabr-Milli Musiqi Günüdür” adlı sərgiyə baxışla sona çatdı.