Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab uşaq incəsənət məktəbində Milli Musiqi Günü qeyd edilmişdir.

27.09.2018

Üzeyir Hacıbəylinin anadan olmasının 133- ildönumu və Üzeyir Musiqi Günü ilə əlaqədar olaraq Zərdab rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil olunmuşdur.Belə tədbirlərdən biri 18 sentyabr 2018- ci il tarixində Zərdab rayon uşaq incəsənət məktəbində təşkil olunan tədbirdə Azərbaycan  Xalq  Musiqisi yaradıcılığı fənni müəllimi  Şəfayət İsayeva Üzeyir Hacıbəylinin həyat  və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edərək müəllim, valideyn və şagirdləri bir daha məlumatlandırmış, dahi  bəstəkarın  ölməz  əsərlərinin  bu gün də ünyanın müxtəlif səhnələrində,məhşur orkestrlərin və musiqiçilərin ifasında səsləndirildiyini qeyd etmişdir. 

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılara məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.Konsertdə Üzeyir Hacıbəylinin bəstələdiyi bir sira əsərlər -“Arşın mal alan”  musiqili komediyasından Əsgərin ariyası, “Arşın mal alan” musiqili komediyasından “Telli və Vəlinin deyişməsi”,“Yaxşı yol”, “Döyüşçülər marşı”, “Axşam oldu” və bir çox musiqi nömrələri səsləndirilmişdir.