19.09.2018
18 Sentyabr Milli Musiqi Günüdür. Bununla əlaqədar Göyçay rayon M. Ə. Sabir adına MKS-nin Uşaq şöbəsi “ Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur” adlı dəirmi masa keçirdi .Tədbir Arif Məəmədov adına Musiqi məktəbində təşkil edildi.Tədbirdə Musiqi məktəbinin şagirdləri və müəllim kollektivi iştirak etdilər.Tədbiri Uşaq şöbəsinin müdiri Sahilə. Əliyeva açaraq , Azərbaycanda musiqi sənətinin parlaq inkişaf prespektivlərindən, 1995-ci ildə Prezident Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəyobun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın- Milli Musiqi Günü kimi qeyd olunmasından tədbir iştirakçılarına ətraflı məliumat verdi. Dəirmi masada böyük bəstəkarın yazmış olduğu dünyada məşhur olan operaları və musiqili komediyalarından da geniş söhbət açıldı.Şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirildi.Tədbir “Milli Musiqimiz” başlıqlı sərgiyə baxışla sona yetdi.