Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon kitabxanaçıları tərəfindən Səyyar kitabxana xidməti təşkil olunmuşdur.

18.09.2018

13.09.2018-ci il tarixdə Göyçay rayon MKS-nin əməkdaşları Şixaliyeva Səlmi, Qafurova Sevinc tərəfindən Göyçay rayon Uşaq poliklinikasına Səyyar kitabxana xidməti təşkil olunmuşdur. Səyyar kitabxana xidmətini təşkil etməkdə məqsəd Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda olan ədəbiyyatı təbliğ etmək, yeni oxucu qruplarını kitabxanaya cəlb etməkdir. Səyyar xidmətdə kitabxananın fondunda olan 50 adda 100-dən artıq kitabxanaya yeni daxil olmuş ədəbiyyatlar nümayiş olunmuşdur.Tədbirdə bütün tibb işçilər iştirak etmiş və yeni sərgilərin təşkili üçün öz arzu və istəklərini bildirmişlər.