Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mədəniyyət Mərkəzində 15 Sentyabr- ”Bilik Günü” münasibətilə tədbir keçirilmişdir.

17.09.2018

14.09.2018- ci il  tarixdə Zərdab rayon Mədəniyyət  Mərkəzində 15-Sentyabr Bilik Günü ilə əlaqədar "Salam doğma məktəb" adlı tədbir təşkil olunmuşdur. 
Tədbirdə rayonun mədəniyyət müəssisələrində çalışan bir qrup mədəniyyət işçisinin 1-ci sinifə qəbul olan məktəb yaşlı uçaqları və onların valideyndəri iştirak etmişlər. Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru E.Məmmədova , MKS-nin əməkdaşı R. Əmrəliyeva, Həmkarlar komitəsinin sədri V. Bayramova uşaqları təbrik edərək onlara müvəffəqiyyətlər arzulamışlar.Tədbirdə uşaqların ifasında şeirlə və onlara həsr olunmuş  mahnı və musiqilər səsləndirilmişdir, Sonda uşaqlara Həmkarlar Komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.