24.07.2018
23.07.2018-cı il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Ağdam rayonunun işğalı günü ilə əlaqədar “Ana vətənim,Ağdamım mənim! ”başlıqlı anım tədbiri təşkil edilmişdir.Tədbir Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq bildirmişdir ki,bu gün Ağdam rayonunun işğalından 25 il keçir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş,minlərlə insan fiziki şikəstlik qazanmış,əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Sonra Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin oxu zalının müdiri T.Eyvazovanın “Ana vətənim,Ağdamım mənim!”adlı məruzəsi dinlənilmişdir.Tədbir iştirakçılarından Gəndəbil kitaxana filialının əməkdaşı Məmmədkərim Hacıyev, Təzəkənd kitabxana filialının müdiri İradə Ələkbərova,Oxuculara ximət şöbəsini müdiri Mehparə Səfərəliyeva, Metodika-biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova və başqaları çıxış edərək bildirdilər ki, hər bir azərbaycanlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış barlı-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tezliklə azad ediləcək,Ağdamın qara günləri bitəcək, adından həmişə qürur, iftixar duyduğumuz şəhərimizin ağ günləri başlayacaq, onun başının üstündəki qara buludlar çəkiləcək. O gün uzaqda deyil.