Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli mətbuatımızın tarixi

23.07.2018

              20 iyul 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü münasibətilə  H.B.Zərdabinin ev-muzeyində “ Milli mətbuatımızın tarixi” mövzusunda  dəyirmi masa keçirilmişdir.

             Tədbiri giriş sözü ilə açan  Zərdab rayon MKS-inin  direktoru  N. Əliyeva  qeyd etmişdir ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 -də, 143 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - "Əkinçi"qəzetinin buraxıldığı gündə qeyd edilir.1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin yaranması ilə Azərbaycan mətbuatının əsası qoyulmuş dur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir.  Bildiyiniz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mətbuata həmişə diqqət və qayğı ilə yanaşmışdır. Bu gün də bu ənənə Azərbaycan dövlətinin başçısı cənab İham Əliyev tərəfindən davam etdirilir. Onun mətbuatın inkişafı ilə bağlı verdiyi Fərman və Sərəncamlar mətbuatın inkişafına böyük təkan vermişdir.

           Sonra Oxuculara Xidmət Şöbəsinin müdiri M.Səfərəliyevavın “ Milli mətbuatımızın tarixi” adlı məruzəsi dinlənilmişdir.

           Tədbirin davamı olaraq, H.Zərdabi ev-muzeyinin direktoru Vəfa Bayramova  H.B.Zərdabinin həyat və yaradıcılığı haqqında  məlumat verərək qeyd etdi ki, Azərbaycan mətbuatının banisi,  hələ o zaman xalqın maarifləndirilməsi üçün əsas vasitə olaraq ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoymuşdu. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə alıb.Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başlayır. “Əkinçi” qəzetinin yaradıcısı olan Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, yerlərdə əhali ilə təmasda olmaq və xalqının hərtərəfli tərəqqisinə nail olmaqdan ibarət idi.

Sonda muzeydə nümayış olunan eksponatlarla  tanışlıq oldu və xatirə şəkilləri çəkildi.