13.07.2018
12 iyul 2018-ci il tarixində Mərkəzi Kitabxananın Oxu zalında 14 İyul-Ümumilli Lider H.Əliyevin hakimiyyətə gəlişinin 49- cü ildönümü ilə əlaqədar “Zəfərli illərin başlanğıcı” adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə öncə tədbir iştirakçıları, dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri ilk olaraq giriş sözü ilə Zərdab rayon MKS-inin direktoru N.Əliyeva açdı . O, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq qeyd etdi ki, Heydər Əlirza oğlu Əliyev 49 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Həmin gündən etibarən Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemlərini dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi.
Azərbaycanın sürətli inkişafı üçün Ümummilli liderin gördüyü nəhəng işlər, Onun ideyaları, siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil müasir müstəqil dövlətimiz gündən-günə daha da çiçəklənir.
Daha sonra Zərdab rayon MKS-inin direktor müavini G.Rəhimova,Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri G.Qasımova, Kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırılmasışöbəsinin müdiri G.Məmmədova, Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı A.Sarıyeva və başqalarıçıxış etdib qeyd etdilər ki, 1969-cu ilin 14 iyul günü hər bir azərbaycanlının şərəflə yad etdiyi gündür, və bü gün ulu öndər H.Əliyevin hakimiyyətə gəldiyi gün olduğu üçün onun şah əsəri olan Azərbaycanın parlaq tarixidir.
Tədbirin sonunda mövzu ilə bağlı sərgiyə baxış keçirildi.