25.06.2018
22 iyun 2018-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş “Ordum varsa, yurdum var” adlı tədbir keçirildi. Şanlı ordumuzun şəhid olmuş əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, müasir Azərbaycan Ordusunun inkişaf tarixində ümummilli lider Heydər Əliyevin rolundan söhbət açdı. Hazlrda ordumuzun ən Müasir silahlarla komplektləşdirildiyindən, 26 iyunda keçiriləcək hərbi paraddan danışdı.
Mövzu ilə əlaqədar MKS-nin işçisi Vüsalə Məmmədova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan Milli Ordunun ölkəni daşnak- bolşevik işğalından azad etmək və düşmənlərə qarşı apardığı mübarizədən söhbət açdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Ağdaş rayon Şöbəsinin nümayəndəsi Ceyhun Cavadova söz verildi. O, çağırışçı gənclərin hərbi vətənpərvərlik ruhundan, Vətən yolunda şəhid olan gənclərin qanının yerdə qalmayacağından onların qisasının tezliklə alınacağından bəhs etdi.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi və şəhid ailələri Ağdaş rayon təşkilatının sədri İsmayıl Xudiyev Qarabağ müharibəsi dövründə yaşadıqları və müharibədə şahidi olduğu hadisələrdən, Milli Ordunun Vətənin müdafiəsi uğrunda göstərdikləri igidlikdən, dövlətimizin hərbi hissələrdə əsgərlərimiz üçün yaratdığı şəraitdən söhbət açdı. Ağdaş rayon İcra hakimiyyətinin məsul işçisi Hacıxanov Möhlüd “Şanlı Aprel döyüşləri”ndə Milli Ordunun zəfər əzmindən söz açdı və Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vürğuladı. Tədbirdə çağırışçı Eyyub Mustafayev, Qarabağ müharibəsi iştirakçıları, Qarabağ qaziləri iştirak edirdilər. Məktəblilər Bayramova Şəbnəm, Kərimova Elmira, Məmmədova Ayşənur, Qocayev Osmanın ifasında Azərbaycan Ordusunu tərənnüm edən şeirlər səsləndi. . “Ordumuzun gücü günbəgün artır” adlı video- çarxın nümayişi oldu.
Tədbirin sonunda “ Şanlı Aprel zəfəri”,” Azərbaycanın Milli Qəhrəmanları”, “ Azərbaycan Milli ordusu-100” adlı sərgilərə baxış oldu.