Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Üzeyir mirası” adlı konsert proqramı keçirilib.

17.09.2025

16 sentyabr 2025-ci il tarixində Göyçay şəhər A.Məmmədov adına Uşaq Musiqi Məktəbində dahi Azərbaycan bəstəkarı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Üzeyir mirası” adlı konsert proqramı keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi iştirak edib.

Konsertdə məktəbin müəllimlərinin və şagirdlərinin ifasında dahi bəstəkarın Azərbaycan musiqisinə bəxş etdiyi unudulmaz sənət əsərləri səsləndirilib.

Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığının təbliğ edilməsində mühüm əhəmiyyət kəsb edən konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Sonda tədbirdə iştirak edən şagirdlərə məktəb tərəfindən Fəxri fərmanlar təqdim edilib və xatirə şəkli çəkdirilib.