12.06.2025
12 iyun 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverinliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad yad edilib. Daha sonra 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Regional İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının təqdimatında hazırlanmış möhtəşəm konsert proqramında təqdim edilən şeir kompozisiyaları, rəqs və musiqi nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.