Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi müzakirə olunmuşdur.

05.06.2018

4 iyun 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında  Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ilə əlaqədar  dəyirmi masa  keçirilmişdir.

Tədbirdə Zərdab MKS-nin Mərkəzi Kitabxanasının ,şəhər və kənd kitabxana filiallarının əməkdaşları iştirak etmişlər.

Tədbiri Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq, bildirdi ki,Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ilə tanışlıqdan sonra onun Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, erməniləri isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim etməsindən heç də təəccüblənmədim. Çünki bu üzdəniraq kinorejissorun yaradıcılığı və fəaliyyəti “zavallı” ermənilərin müdafiəsi, onlara sonsuz məhəbbəti, qayğısı üzərində qurulub. Rüstəm İbrahimbəyovun yalan və iftira üzərində qurulan bu filmi hər bir Azərbaycan vətəndaşını dərindən qəzəbləndirib.

Müzakirədə Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, Oxuculara Xidmət şöbəsinin əməkdaşı Xanım Abışova, Gəndəbil kənd kitabxana filialının müdiri Dürriyə Abdullayeva , Əlvənd kənd kitabxana filialının müdiri Rəşad Rəşidov və Gəlmə kənd kitabxana filialının müdiri İlahə Hüseynova və. başqaları çıxış edərək bildirdilər ki,kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Qafqaz üçlüyü” filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsidir və ikrah doğuran bir fakt kimi bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir.