Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Açıq kitabxana

05.06.2018

2 iyun 2018-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanasının işçiləri rayonun Heydər Əliyev parkında “Açıq kitabxana” təşkil etmişdir. Oxuculara dünya ədəbiyyatı, Azərbaycan ədəbiyyatı və uşaq ədəbiyyatından ibarət kitablar təqdim olunmuşdur. Tədbiri rayon sakinləri çox maraqla qarşılamış, kitabxananın əməkdaşları onları maraqlandıran suallara cavab verərək, maraqlı kitabları tövsiyyə etmişlər. Sakinlər belə tədbirlərin tez-tez təşkil edilməsini arzuladıqlarını bildirmişlər.

Tədbir boyu kitabxanaya 23 nəfər yeni oxucu yazılmışdır.