Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Varlıq qadın” Göyçayda səhnələşdirilib.

23.02.2024

21 fevral 2024-cü il tarixində Göyçay rayon Mədəniyyyət Mərkəzinin səhnəsində yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi keçirilib.

Mingəçevir Dövlət Dram Teatrının kollektivinin təqdimatında səhnələşdirilən tamaşanın rejissoru Azərbaycan Respublikasının Xalq artisti Valeh Kərimovdur.

Ailə-məişət mövzusunda olan, eləcə də mənəvi məsələlərə toxunularaq komik hadisələr fonunda təqdim olunan səhnə əsəri audito­riya tərəfindən böyük rəğbətlə qarşı­lanıb.