Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

02.02.2024

Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayonu üzrə gənclər və idman sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

İlk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları Ulu öndərin xatirəsini yad edib, abidə önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edilib. Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ilk olaraq gəncləri təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd edilib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı müvafiq sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan dövlətinin yaratmış olduğu geniş imkanlardan maksimum dərəcədə yararlanaraq, vətəninə, dövlətinə və xalqına sevgi ruhunda böyümüş Azərbaycan gəncliyi şanlı qələbəmizdə də mühüm rol oynamışdır.

Tədbirdə səmərəli fəaliyyəti ilə seçilən rayonun bir qrup fəal gənci 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Fəxri Fərmanla təltif olunub.

Daha sonra tədbir Ağdaş rayon Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında nümayiş etdirilən konsert proqramı ilə davam etdirilib.

Sonda xatirə şəkilləri çəkdirilib.

 

532.8 KB

 

191.6 KB

 

193.4 KB

 

157.9 KB

 

172.8 KB

 

504.5 KB

 

188.5 KB

 

194.9 KB

 

185.3 KB

 

167.3 KB

 

177.3 KB

 

638.4 KB

 

68.7 KB

 

181.4 KB

 

180.2 KB

 

214.2 KB