Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baş konsul mədəniyyət müəssisələrinin qonağı olub.

26.01.2024

Yanvarın 25-də Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Ağdaş rayonuna səfəri zamanı bir neçə mədəniyyət müəssisəsini ziyarət edib.

İlk olaraq Ağdaş rayon Heydər Əliyev Mərkəzində olan Baş konsul burada Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub. Eyni zamanda rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl Recep Öztopa rəsm əsəri hədiyyə edib.

Sonra Tarix-Diyarşünaslıq muzeyində olan Baş konsula rayonun tarixi, maddi və mənəvi mədəniyyəti, təbiəti, sənətkarlığı və s. ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra Baş konsul Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi ilə tanış olub və məktəbin müəllimlərinin və şagirdlərinin ifasında təqdim edilən konsert proqramını dinləyib.