Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarənin hesabat iclası keçirilib

17.01.2024

16 yanvar 2024-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin 2023-cü ildə görülmüş işlər və 2024-cü il üçün hədəflər mövzusunda hesabat iclası keçirilib.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən iclasda ilk olaraq Regional İdarənin rəisi Aydın Bəşirovun 2023-cü il ərzində idarədə və tabe müəssisələrdə görülmüş işlər barədə çıxışı dinlənilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli Sərəncamında dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən 2023-cü il fevralın 23-də Sərəncam imzalanmışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq 12 regional mədəniyyət idarəsi yaradılmışdır.

Mədəniyyət Nazirliyinin 2 iyun 2023-cü il tarixli əmri ilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında mədəniyyət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində iştirak edən Nazirliyin struktur qurumudur.

Regional İdarənin əhatə etdiyi şəhər və rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə tanış olmaq, onların mövcud potensialının və imkanlarının müəyyənləşdirilməsi, sistemli baxışın keçirilməsi, habelə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxslərin prioritetlər və qarşıya qoyulan məqsədlər barədə yerində məlumatlandırılması ilə əlaqədar olaraq mütəmadi olaraq rəhbərlik və aparat işçiləri tərəfindən yerlərdə görüşlər keçirilmişdir.

İdarə rəisi 2024-cü ildə qarşıda duran vəzifələr və hədəflər barədə danışaraq qeyd edib ki, əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsidir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar görüləcək işlərlə bağlı tapşırıq və tövsiyyələr iclas iştirakçılarının diqqətinə çatırılıb.

Daha sonra mədəniyyət müəssisələrinin rəhbərlərinin hesabat dövrü ərzində görülmüş işlər, “Heydər Əliyev İli”nə həsr edilmiş tədbirlər haqqında çıxışları dinlənilib.

 

625.1 KB

 

1.1 MB

 

851.5 KB

 

919.5 KB

 

844.2 KB

 

872.1 KB

 

1.1 MB

 

913.4 KB

 

1 MB