Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarənin rəisi mədəniyyət müəssisələrinin əməkdaşlarını təbrik edib

30.12.2023

Əziz həmkarlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bol ruzi-bərəkət, şən əhval-ruhiyyə, cansağlığı və ailə səadəti arzulayıram.

Torpaqlarımızın müdafiəsi zamanı Şəhid olmuş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir, bütün Şəhid valideynlərinə, xanımlarına və övladlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçulara və onların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər və zabit valideynlərinə bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.

İnanıram ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan bütün əməkdaşlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz 2023-cü il ölkəmiz üçün çox uğurlu oldu. Ümid edirəm ki, 2024-cü il də dövlətimiz və xalqımız üçün gözəl hadisələrlə yadda qalan və üzlərin güləcəyi bir il olacaq. Ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birlik və həmrəyliyimizin daimi olmasını arzulayıram.

Bayramınız mübarək!

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov