Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda əyləncəli şou proqram keçirilib

29.12.2023

Ağdaş rayon Heydər Əliyev Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ağdaş rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şaxta babanın sehirli çubuğu” adlı əyləcəli şou proqram təşkil edilib. 

Yerlərdə əhalinin xüsusilə gənclərin, yeniyetmə və uşaqların asudə vaxtdan səmərəli istifadəsinə və maraqlı keçirilməsinə yönəlmiş bayram tədbirində uşaqlar müxtəlif oyunlar oynayıb, cizgi qəhrəmanı personajları ilə əyləncəli vaxt keçiriblər.

Eyni zamanda proqram zamanı intelektual oyunlar keçirilib və qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.