Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yevlaxda ”Heydər Əliyev İli”nə həsr olunmuş konsert proqramı keçirildi.

26.12.2023

25 dekabr 2023-cü il tarixində Yevlax şəhər Mədəniyyət Mərkəzində Xaldan kənd Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş yekun konsert proqramı keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Aparat işçiləri, idarə və təşkilatların, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Yevlax rayon Xaldan kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin və müəllim heytəninin ifasında səsləndirilən musiqi nömrələri, rəqslər, kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda çıxış edənlər xalqın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışaraq qeyd ediblər ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.