Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalına yekun vurulub.

14.11.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.

Qeyd edək ki, festivalın nəticələrinə əsasən "Əl sənətkarlığı şəhəri" nominasiyası üzrə Ağdaş şəhəri "Diplom"la təltif edilmişdir.

Eyni zamanda Ağdaş rayonu üzrə Fərəh Məmmədli 10-13 yaş qrupunda "Rəssamlıq" nominasiyası üzrə həvəskar kateqoriyasında I yerə, Mədinə Babayeva 10-13 yaş qrupunda "Dekorativ - tətbiqi sənət" nominasiyası üzrə həvəskar kateqoriyasında II yerə, Yeganə Məhərrəmova 14-17 yaş qrupunda "Dekorativ - tətbiqi sənət" nominasiyası üzrə həvəskar kateqoriyasında III yerə, Göyçay rayonu üzrə Fidan Rüstəmova 14-17 yaş qrupunda "Bədii qiraət" nominasiyası üzrə peşəkar kateqoriyasında I yerə layiq görülmüşdür.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi adından qalibləri təbrik edir, onlara uğurlar arzulayırıq.