Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü təntənə ilə qeyd olundu.

09.11.2023

Ağdaş Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Ağdaş şəhər Heydər Parkında baş tutan bayram tədbirində ilk olaraq kəndirbazların, folklor kollektivinin çıxışlarına, kitabxana, muzey, rəsm qalereyası və digər mədəniyyət müəssisələri tərəfindən təşkil edilmiş sərgilərə, idman oyunlarına baxış keçirilib.

Daha sonra tədbir iştirakçılarına Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin ansamblının müşayiəti ilə mədəniyyət müəssisələrinin əməkdaşlarının, gənc musiqiçilərin ifalarında musiqi, rəqs nömrələri ilə zəngin olan konsert proqramı nümayiş olunub. Tarixi zəfərimizə həsr olunmuş konsert atəşfəşanlıqla başa çatırılıb.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri və əməkdaşları, Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.

 

564.4 KB

 

821.3 KB

 

543.5 KB

 

461.1 KB

 

539 KB

 

451.8 KB

 

535.3 KB

 

504.1 KB

 

570.9 KB

 

448.8 KB

 

183.7 KB

 

468 KB