Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələri Zəfər Gününü qeyd edir

08.11.2023

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirilib.

Şəhid ailə üzvlərinin, qazilərin, müharibə iştirakçılarının, rayon ictimaiyyətinin, məktəblilərin və mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə qeyd edilib ki, dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan Zəfərlə Azərbaycan suverenliyini bərpa edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi. Əlbətdə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmışdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Eyni zamanda bu müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə hər zaman borclu olduğumuz qeyd edilib.. 

Bayram təntənəsi ilə keçirilən tədbirlərdə mədəniyyət müəssisələrinin əməkdaşlarının, musiqi məktəblərinin şagirdlərinin ifalarında təqdim edilən musiqi, rəqs nömrələri, kompozisiyalar, məktəblilərinin səsləndirdiyi şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

2.3 MB

 

1.2 MB

 

1.9 MB

 

251.8 KB

 

132.5 KB

 

98.1 KB

 

118.7 KB

 

95 KB

 

194.2 KB

 

250.3 KB