Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalında ikinci mərhələ davam edir.

09.07.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ikinci mərhələsi davam edir.

İyulun 3-də başlayan ikinci mərhələdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarından və Mingəçevir şəhərindən qeydiyyatdan keçərək festivalın birinci mərhələsində uğurlu nəticə əldə etmiş uşaqlar iştirak edirlər.

İki məntəqədə, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi və Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən festivalın ikinci mərhələsində iyulun 5, 6, 7-si tarixlərində fortepiano ifaçılığı, klassik simli alətlər ifaçılığı, solo milli rəqs, solo müasir rəqs, milli rəqs ansamblı, müasir rəqs ansamblı və bədii qiraət nominasiyaları üzrə çıxış edən iştirakçılar öz istedadlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Xatırladaq ki, üç turdan ibarət, 22 nominasiyada peşəkar və həvəskar olmaqla üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın birinci turu aprel-iyun aylarında keçirilib.

 

2.7 MB

 

267.9 KB

 

2.4 MB

 

3.3 MB

 

1.4 MB

 

361.7 KB

 

2.5 MB

 

3.3 MB

 

303.1 KB

 

3 MB