Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nigar Rəfibəylinin 110 illiyi qeyd edildi.

24.06.2023

23 iyun 2023-cü il tarixində Rəsul Rzanın Ev-Muzeyində xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 110 illiyinə həsr edilmiş “Açılmamış bir kitabdır insan ömrü...” adlı ədəbi-bədii tədbir keçirilib.
Görkəmli şairin öz səsində lentə alınmış şeirin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Göyçay Peşə Liseyinin şagirdlərinin ifasında N.Rəfibəylinin “Vətənim” və “Günəş doğanda” şeirləri tamaşaçılara təqdim edilib.
Tanınmış tarzən Rövşən Zamanovun ifasında səsləndirilən şairin sözlərinə yazılmış mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Çıxış edən tarix üzrə fəlsəfə doktoru, əməkdar müəllim Pərviz Yəhyalı Rəfibəyovlar nəslinin Azərbaycan tarixində, ictimai-siyasi həyatında oynadığı roldan söhbət açıb.
Tədbirdə rayon ziyalıları, şahid ailələri və qazilər, mədəniyyət müəssisələrinin əməkdaşları, Göyçay Peşə Liseyinin müəllim və şagirdləri iştirak edib.