Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.

01.06.2023

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən bir sıra tədbirlər keçirilib.

Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi əyləncəli tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər və azyaşlı uşaqlar iştirak ediblər.

İştirakçılar ilk olaraq Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra uşaqların ifasında şeirlər səsləndirilib, mahnı və rəqs nömrələri nümayiş etdirilib.

Daha sonra Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov şəhər Heydər parkında Ağdaş Dövlət Rəsm Qalereyası, rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən hazırlanan sərgiyə baxış keçiriblər.