Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələri arasında bilik yarış keçirilib.

31.05.2023

Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş bilik yarışı keçirilib.

Yarışda hər komandada 6 nəfər olmaqla ümumilikdə 5 komanda iştirak edib. Yarış iştirakçıları Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və ümumdünya görüşü kimi mövzuları əhatə edən sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.

Qalib komanda doğru cavablar üzrə qazanılmış xalların cəminə əsasən müəyyən edilib. Səsləndirilən 35 sualdan sonra doğru cavabların ümumi sayına görə Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarından ibarət “Lider” komandası I yeri qazanıb. II yerin sahibi rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarından ibarət “Zəfər”,  III yerin sahibi isə Tarix-Diyarşünaslıq və Maqsud Şeyxzadə Ev-Muzeyinin əməkdaşlarından ibarət “Zəka” komandası olub.

Qeyd edək ki, əsas məqsədi mədəniyyət müəssisələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılması olan yarışın mütəmadi olaraq keçirilməsi planlaşdırılır.