Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevə həsr olunmuş təqdimatın qalibləri mükafatlandırılıb.

26.05.2023

25 may 2023-cü il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində Ucar rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon üzrə Təhsil sektorunun və Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Ucar rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan" adlı təqdimatın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

İlk üç yerə və həvəsləndirici yerlərə layiq görülən şagirdlərə diplom, təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, layihə iştirakçıları ümumilikdə üç mərhələdə öz bacarıqlarını nümayiş etdiriblər. Qaliblər üç mərhələnin yekununda müəyyən edilib.

Nəticələrə əsasən;
Şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Qəhrəmanova Almaxanim I yerə, Ramal kənd ümumi orta məktəbin IX sinif şagirdi Abdullayev Emil II yerə,
Bərgüşad kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həsrətova Gülnarə III yerə layiq görülüb.

Şəhər 5 nömrəli tam orta məktəbin  IX sinif şagirdi Rəhimova Aysu, Qaracallı kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Kərimli Gülər, Lək kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Ağayeva Çimnaz, Pirkənd kənd tam orta məktəbin X sinif şagirdi Abdullayeva Fidan, Ə.Məmmədxanlı kənd ümumi orta məktəbin VIII sinif şagirdi Əliyeva Nigar müsabiqədə fərqləndiklərinə görə təşəkkürnamə və müxtəlif hədiyyələrə layiq görülüblər.

Qeyd edək ki, layihənin məqsədi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, zəngin irsinin gənc nəsil arasında təbliğ və təşviq edilməsi olub.

 

401 KB

 

460.5 KB

 

378.2 KB

 

387.9 KB

 

365.9 KB

 

417.7 KB

 

369.4 KB

 

438.1 KB