Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdabda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi.

23.05.2023

22 may 2023-cü il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin, Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Daima yaddaşlarda yaşayan Lider" adlı konsert proqramı təşkil edilib.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və idarənin aparat işçiləri, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları şəhər Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgi və ekspozisiya ilə tanış olmuşlar.

Tədbirin bədii hissəsi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Heydər Əliyevin Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlərdən ibarət olan səs yazısıyla başlayan konsert proqramı biri-birindən rəngarəng musiqi və rəqs nömrələri ilə davam etdirilib. Məktəbin müəllimlərinin və şagirdlərinin ifalarında nümayiş etdirilən konsert proqramı alqışlarla qarşılanıb.

 

2.4 MB

 

2.4 MB

 

2.5 MB

 

2.1 MB

 

2.7 MB

 

2.5 MB

 

1.8 MB

 

2.7 MB

 

2.8 MB