Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar muzeyi ziyarətçilərinin bir addımlığında...

20.05.2023

Ucar Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən həyata keçirilən “Muzey sizin bir addımlığınızda” layihəsinin növbəti sərgisi rayonun Quləbənd kəndində nümayiş etdirilib. Muzeyin əsas fondundan ən maraqlı və unikal əşyaların nümayiş etdirildiyi sərgi kənd əhalisi tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bir çox yaşayış məntəqələrinin rayon mərkəzindən uzaqda olması kənd əhalisinin, kənddə yaşayan məktəblilərin muzeyə gəlməsinə çətinlik yaradır. Bunu nəzərə alaraq həyata keçirilən “Muzey sizin bir addımlığınızda” layihəsinin əsas məqsədi muzeyin əsas fondunda toplanmış əşyaların rayonun ucqar kəndlərində nümayiş etdirilməsi və beləliklə, daha geniş tamaşaçı kütləsi qazanmaq, onların muzey əşyaları haqqında məlumat əldə etməsini təmin etməkdir. 

Layihə çərçivəsində üçüncüsü təşkil edilən sərgi bundan əvvəl rayonun Rəstəcə və Alpı kəndlərində baş tutub. 

 

3.8 MB

 

3.8 MB