Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz bəstəkara həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

19.05.2023

18 may 2023-cü il tarixində Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti, görkəmli bəstəkar Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş “Nəğmə dolu bir ürək” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və idarənin aparat işçiləri, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İlk olaraq məktəbin direktoru vəzifəsini icra edən Dəyanət Hüseynov çıxış edərək qeyd edib ki, öz bəstələri ilə musiqi mədəniyyətimizdə əvəzolunmaz izlər buraxan qeyri-adi istedada malik Elza İbrahimovanın xatirəsi daim yada düşəcək və xatırlanacaq.

Məktəbin xalq çalğı alətləri şöbəsi tərəfindən hazırlanan tədbir uşaqlardan ibarət xor kollektivinin çıxışı ilə başlayıb.

Sonra müəllimlərin ifasında bəstəkarın “Sən mənim səsimi eşidəcəksən”, “Gecələr bulaq başı”, “Ağlamasın salxım söyüd”, uşaqlardan ibarət xor kollektivinin ifasında “Ey Vətən”, violin ansamblının təqdimatında “Sən yadıma düşəndə”, müəllimlərdən ibarət xor kollektivinin ifasında səsləndirilən “Səslə məni” kimi mahnılar dinləyicilərin zövqünü oxşayıb.

Bəsətəkarın həyat və yaradıclığına həsr olunmuş videoçarxın nümayişindən sonra müəllimlərdən ibarət xalq çalğı alətlərinin müşayiəti ilə səsləndirilən “Anamın sevimli mahnısı”, “Gedək üzü küləyə”, “Mən sənin yanına qışda gələrdim”, “Sən bir nəğmə mən bir nəğmə” mahnıları iştirakçılarda xoş ovqat yaradıb.

Tədbir boyu müəllimlər və şagirdlər tərəfindən səsləndirilən musiqi nömrələri alqışlarla qarşılanıb.

Sonda çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov bəstələri ilə könüllərə, ruhlara mənəvi qida verən bəstəkarın yaradıcılıq gecəsinin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür ediblər. Qeyd edilib ki, Üzeyir Hacıbəylidən sonra ilk dəfə muğam əsasında opera yazan mərhum bəstəkar Elza İbrahimovanın musiqisinin sehri bu gün olduğu kimi gələcəkdə də insanları ovsunlamaqda davam edəcək.

 

3.9 MB

 

4.3 MB

 

4.5 MB

 

4 MB

 

4.6 MB

 

3.9 MB

 

4.6 MB

 

4.5 MB

 

3.9 MB

 

4 MB

 

4 MB

 

4 MB

 

4 MB