Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışının növbəti qalib komandası seçilib.

13.05.2023

Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həyata keçirilən "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışının növbəti qalib komandası seçilib.

Bu dəfə Ağdaş rayon Ərəb kənd orta məktəbinin 7, 8 və 9-cu sinif şagirdlərinin iştirak etdiyi yarışda 3 komanda - "Zəfər", "Turan" və "Lider" komandaları öz biliklərini sınayıblar. Hər komandada 6 nəfər şagird olmaqla ümumilikdə 18 nəfər məktəbli yarışda iştirak edib.

Şagirdlər Vətən Müharibəsi, Azərbaycan tarixi, ümumi biliklər, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.

Verilmiş suallar üzrə qazanılmış xalların cəminə əsasən Zəfər komandası yarışın qalibi olub. Qalib komandaya I yer, digər komandalara ardıcıl olaraq 2-ci və 3-cü yer diplomu təqdim edilib.

Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd şagirdlər arasında rəqabətin gücləndirilməsi, istedadlı şagirdlərin aşkar edilməsi, onların istedadlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.