Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muzey sizin bir addımlığınızda” layihəsinin növbəti sərgisi baş tutub.

12.05.2023

Ucar Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən həyata keçirilən “Muzey sizin bir addımlığınızda” layihəsi çərçivəsində növbəti sərgi təşkil edilib.

Bu dəfəki sərgi Ucar rayon Abdulla Abdullayev adına Alpı kənd tam orta məktəbində baş tutub. Sərgidə muzeyin əsas fondunda qorunub saxlanılan misgərlik, dekorativ-tətbiqi sənət nümunələri, etnoqrafik əşyalar nümayiş etdirilib. Layihə çərçivəsində təşkil edilmiş sərgi böyük tamaşaçı marağına səbəb olub.

Qeyd edək ki, bir çox yaşayış məntəqələrinin rayon mərkəzindən uzaqda olması kənd əhalisinin, kənddə yaşayan məktəblilərin muzeyə gəlməsinə çətinlik yaradır. Bunu nəzərə alaraq həyata keçirilən “Muzey sizin bir addımlığınızda” layihəsinin əsas məqsədi muzeyin əsas fondunda toplanmış əşyaların rayonun ucqar kəndlərində nümayiş etdirilməsi və beləliklə, daha geniş tamaşaçı kütləsi qazanmaq, onların muzey əşyaları haqqında məlumat əldə etməsini təmin etməkdir. 

Xatırladaq ki, layihə çərçivəsində ilk sərgi 28 aprel 2023-cü il tarixində baş tutub. Muzeyin əsas fondundan ən maraqlı və unikal əşyalar Ucar rayon Rəstəcə kənd orta məktəbində nümayiş etdirilib.