Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

09.05.2023

8 may 2023-cü il tarixində Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra başçısının müavini Zivər Zeynalova və icra hakimiyyətinin məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və idarənin aparat işçiləri, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin məktəbdə yerləşən büstünün önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.

Sonra məktəbin foyesində Göyçay rayon Mərkəzi Kitabxanası tərəfindən hazırlanmış sərgiyə baxış keçirilib. Daha sonra məktəbin şagirdlərinin ifasında musiqi nömrəsi təqdim edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir.

Tədbirin bədii hissəsində uşaqlardan və müəllimlərdən ibarət xor kollektivinin ifaları, şeir çıxışı, məktəbin şagirdi Onur Mustafazadənin fortepianoda solo ifası, müəllimlər tərəfindən səsləndirilən Ulu öndərin sevdiyi mahnılar, xalq çalğı alətlərində ifa edilən kompozisiyalar alqışlarla qarşılanıb. 

 

3.3 MB

 

49.1 KB

 

228.4 KB

 

2.9 MB

 

269.7 KB

 

260 KB

 

252.9 KB

 

255.7 KB

 

259.7 KB

 

227.5 KB

 

239.6 KB

 

253.2 KB

 

207.8 KB

 

222.6 KB

 

204.8 KB