Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

07.05.2023

6 may 2023-cü il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin dəstəyi, 1 saylı şəhər, Qaradağlı və Pirəyir kənd klublarının birgə təşkilatçılğı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Qaradağlı kəndinin İkinci Qarabağ Müharibəsi şəhidi Cəlil Əliyevin anası Reyhan Əliyeva, kənd bələdiyyə sədri, rayon mədəniyyət müəssiələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və vətənin suverinliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konsert proqramı zamanı məktəblilərinin ifalarında Ulu öndərə və vətənpərvərliyə həsr olunmuş şeirlər, Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən rəqs kursunun üzvlərinin çıxışları, rayon mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən ansamblın və musiqiçilərin bir-birindən rəngarəng ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

543.1 KB

 

520.6 KB

 

563 KB

 

757.7 KB

 

683.6 KB

 

653.1 KB

 

660.2 KB

 

617.8 KB

 

439.6 KB

 

551.1 KB

 

554 KB

 

572 KB