Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdabda konsert proqramı təşkil edilib.

06.05.2023

5 may 2023-cü il tarixində Zərdab Rayon İcra Hkimiyyətinin dəstəyi, Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin və Zərdab rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Daima yaddaşlarda yaşayan Lider" adlı konsert proqramı təşkil edilib.

Tədbirin birinci hissəsində Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi Zərdab rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Tədbirin bədii hissəsi Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Heydər Əliyevin Azərbaycan Gənclərinə xitabən söylədiyi dəyərli  fikirlərdən ibarət səs yazısıyla konsert proqramı açıq elan edilib.

Konsert proqramı Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin müəllimlərdən ibarət xor kollektivinin, müəllimlərdən ibarət “Kür” ansamblının, şagirdlərdən ibarət xorun, rəqs kollektivinin və məktəbin şagirdlərinin solo ifalarında biri-birindən rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

 

2.1 MB

 

2.4 MB

 

2.2 MB

 

2.3 MB

 

2.3 MB

 

2 MB

 

2 MB

 

1.9 MB