Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunmuşdur.

29.05.2018

24 may 2018- ci il tarixdə Göyçay rayon MKS-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 – illik yubileyi qeyd olundu. İlk öncə Azərbaycan Respublikasının himni səsləndi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Rövşən Balayeva Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin çox gözəl bir addım olduğunu vurğulayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında çıxış etdi. Çıxışında 1918-ci il mayın 28-də Azərbaycan torpağında ilk- respublika Azərbaycan Demokratik Respublikası yarandı.Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Demokratik Respublikanın yaradıldığını bildirir.Məmmədəmin Rəsulzadə Milli Şuranın sədri seçildi.Azərbaycan Demokratik Respublikası yarandığı ilk aylardan bütün sahələrdə, o cümlədən təhsil,mədədiyyət sahəsində də dəyərli işlər görülməyə başlandı.Ancaq bütün bunlar xaricdəki və daxildəki düşmənlərimizin ürəyincə deyildi.Onlar hər, vasitə ilə müstəqilliyimizə, inkişafımıza mane oldular.1920-ci il aprelin 28-ni Rusiya yenidən Azərbaycanı işğal etdi.Beləliklə ,müstəqil Azərbaycan Respublikası cəmi 23 ay yaşadı.Azərbaycanda Sovet hakimiyyəti quruldu. Daima müstəqilliyə can atan xalqımız 71- ildən sonra öz arzusuna çatdı.1991-ci il oktyabrın18-də Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bütün dünya ölkələrinə bəyan etdi.Hər il mayın 28-də Respublika günü kimi xalqımız bayram edir. Tədbirdə 1saylı və 3 saylı və Potu məktəbinin müəllim və şagirdləri, iştirak edirdi 1 saylı orta məktəbin müəllimi Vüsalə müəllimə Cümhuriyyətlə bağlı maraqlı məlimatla çıxış edərək bildirdi ki Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyulub. 3 saylı orta məktəbin tarix müəllimi Bəyaz müəllimə də Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə ölkəmizin artıq dünya dövlətləri arasında özünəməxsus yer tutduğu, iqtisadi cəhətdən inkişaf etməkdə olan bir dövlətə çevrildiyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı.Sonda şagirdlər cümhuriyyətə həsr olunmuş şeirlər söylədilər.