Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucarda Kitab bayramı keçirilib.

06.05.2023

Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə 4 may 2023-cü il tarixində Ucar rayon Veteranlar parkında Ümummilli lider, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Kitab bayramı keçirilib.

Ulu öndərimiz həmişə cəmiyyətimizdə ziyalılığa, bunun zəruri şərti olan kütləvi nəşrlərin həyata keçirilməsinə, bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizin təbliğinə böyük önəm verib, bu barədə dəyərli fikirlər söyləyib: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.

Tədbirdə idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.

İlk olaraq kitabxana müəssisələri tərəfindən hazırlanan sərgiyə baxış keçirilib. Tədbirin bədii hissəsində Ulu öndər Heydər Əliyev və vətənpərliyə həsr edilmiş bir-birindən gözəl  şeirlər və mahnılar ifa edilib, rəqs nömrələri nümayiş etdirilib. Sonda  tədbirdə  iştirak edən uşaqlara rəhbərlik tərəfindən hədiyyələr təqdim edilib.

 

2 MB

 

2.3 MB

 

1.8 MB

 

1.6 MB