Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi.

05.05.2023

5 may 2023-cü il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı konsert proqramı təşkil edilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başıçısının birinci müavini İsmayıl Yusifzadə və icra hakimiyyətinin məsul şəxsləri, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Konsert proqramına başlamazdan əvvəl tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər. Daha sonra Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən şəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin bədii hissəsində ilk olaraq Ümummilli lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sütukla yad edilən tədbirdə sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir açıq elan edildikdən sonra Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə töhfələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konsert proqramı zamanı Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin uşaqlardan ibarət Xor kolektivinin ifası, məktəbin müəllimlərinin musiqi nömrələri, Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən rəqs kursunun tələbələrindən ibarət “İgidlər” rəqs qrupunun çıxışı, istedadlı uşaqlar Allahverdi  Əhmədovun ifasında “Qarabağ şikəstəsi” və Vüsal İsayevin ifasında “Ulu öndər” şeiri alqışlarla qarşılanıb.

Eyni zamanda Heydər Əliyevin sevdiyi “Ölülər” pyesindən Kefli İsgəndər obrazının monoloqu, Ulu öndərin iştirak etdiyi tədbirlərdə ifa etdiyi “Küçələrə su səpmişəm” və “Ala göz” mahnılarından ibarət musiqili kompozisiya da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbir zamanı Heydər Əliyev ilə görüşmüş şəxslər səhnəyə dəvət edilmiş və onlar Ulu öndərlə bağlı xatirələrindən bəhs etmişlər. Daha sonra Ağdaş Dövlət Rəsm Qalereyasının rəhbəri Fidan Şükürova tərəfindən hazırlanmış və Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hədiyyələr onlara təqdim edilmişdir.

Sonda Ucar rayon Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadənin ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndirilib.

 

1.2 MB

 

1.2 MB

 

1.3 MB

 

1.3 MB

 

970.2 KB

 

1 MB

 

1.2 MB

 

1.2 MB

 

1.4 MB

 

1 MB

 

1 MB