Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucarda Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edildi.

27.04.2023

25 aprel 2023-cü il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzinin, Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq həyata keçirilən “Heydər Əliyev irsinin təbliği yolları” adlı lahiyə çərçivəsində növbəti tədbir keçirilib.

Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş ”Zərifə Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib” adlı tədbir Zərifə Əliyeva adına Qazqumlaq kənd Ailə Sağlamlıq Mərkəzində baş tutub.

Tədbir zamanı çıxış edənlər qeyd ediblər ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

 

229.7 KB

 

181.6 KB