29.05.2018
26 may 2018-ci il tarixində Ucar Heydər Əiyev Mərkəzində rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Qoy var olsun Azərbaycan!”adlı tədbir keçirilmişdir. Ssenari müəllifi və quruluşçu rejissoru Elmi Mirzəliyev olan tədbirdə Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov,icra hakimiyyəti aparatının məsul işçiləri,rayonun təhsil,səhiyyə,mədəniyyət işçiləri,rayon məktəbliləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.