Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

27.04.2023

25 aprel 2023-cü il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Həsən bəy Zərdabi Muzeyinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, Zərdab rayon Gənclər və İdman İdarəsinin, “Gənclər Evi” SXM-nin, Zərdab RMX-nın əməkdaşlarının, Əlibəyli kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi” başlıqlı tədbir keçirilib.

Tədbir zamanı iştirkaçılar Heydər Əliyev Mərkəzində hazırlanıb nümayiş olunan Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən “Tarix yazan Oftalmoloq” başlıqlı sərgi ilə yaxından tanış olublar. Eyni zamanda görkəmli alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Çıxış edənlər qeyd ediblər ki, Zərifə Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim idi. O, tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. 

 

150.8 KB

 

142.6 KB

 

262.7 KB