20.04.2023
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə seçimlər davam etdirilir.
Aprelin 20-də Ağdaş Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları üzrə festivalın birinci mərhələsində növbəti nominasiyalar üzrə seçim mərhələsi keçirilib.
Ümumilikdə 8 məntəqədə xalq çalğı alətləri ifaçılığı, klassik simli alətlər ifaçılığı, bədii qiraət nominasiyaları üzrə qeydiyyatdan keçmiş iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.
Üç turdan ibarət, 21 nominasiyada peşəkar və həvəskar olmaqla üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın birinci turu aprel-iyun aylarını əhatə edəcək.