Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regional İdarə üzrə Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi.

19.04.2023

Xəbər verdiyimiz kimi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir. 

Aprelin 19-da Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları üzrə festivalın birinci mərhələsinə start verilib.

Ümumilikdə 8 məntəqədə piano ifaçılığı, solo milli rəqs, milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı nominasiyaları üzrə baş tutan müsabiqənin birinci günü uğurla yekunlaşdırılıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Üç turdan ibarət, 21 nominasiyada peşəkar və həvəskar olmaqla üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın birinci turu aprel-iyun aylarını əhatə edəcək.

 

935.1 KB

 

1.8 MB

 

135.8 KB

 

2.7 MB

 

2.5 MB

 

3.8 MB