Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçayda Zərifə Əliyevanın anım günü qeyd edildi

15.04.2023

14 aprel 2023-cü il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. 

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Zərifə Əliyevanın respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etdiyini, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırdığını, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifəsinə çevrildiyini qeyd ediblər.

Sonda Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

 

2.4 MB

 

2.3 MB

 

1.6 MB